Gənc Tamaşaçılar Teatrı Hindistanda Beynəlxalq Teatr Olimpiadasına qatılacaq


Digərləri 12 Fev 2018 22:38:10 303 0

Gənc Tamaşaçılar Teatrı Hindistanda Beynəlxalq Teatr Olimpiadasına qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb. Teatrdan Trend-ə verilən məlumata görə, səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı, iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, ASSİTEJ Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək. Bundan əvvəl teatr olimpiadasında ölkəmizi Dövlət Kukla Teatrı, Sumqayıt Musiqili Dram Teatrı təmsil edib. Həmçinin Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək Şri – Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak etmişdi və teatr festivalda P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunmuşdu.