Yaşın nə fərqi var ki... FOTO


Digərləri 12 Fev 2018 22:20:00 412 0

Yaşın nə fərqi var ki...  FOTO

Son.az axşam.az-a istinadən yaşı 60-dan çox olsa da, geyim üslubları ilə gənclərə meydan oxuya biləcək insanları təqdim edir:

Mun Lin - 88 yaşlı qadın nəvəsinin köməyi ilə açdığı İnstaqram səhifəsi vasitəsilə internet fenomeninə çevrilib. Özünəməxsus geyim tərzi olan Mun moda dünyasına yeni bir nəfəs gətirib. Li hamıdan fərqlənməyi və müasir geyinməyi çox sevdiyini bildirib.

Lin Slater - Fordham universitetində işləyən 63 yaşlı qadın həyat eşqi və dəbli görkəmi ilə hər kəsi özünə heyran qoyur. Nyu-York moda həftəsi çərçivəsində jurnalistlərin səhvən onu "dəb ikonu" hesab etmələri nəticəsində Lin dünya ulduzuna çevrilib. Nümayişə izləyici kimi qatılan professoru keçmiş model hesab ediblər. Bu hadisədən bir müddət sonra Slater İnstaqramda "Accidental icon" adlı səhifə açır və şəkillərini orada yerləşdirir. Belə ki, artıq onun "Mango", "Uniglo" kimi məşhur brendlərlə əməkdaşlıq edir.


Xəbərə aid fotolar