Adlar insanın taleyinə necə təsir edir?


Digərləri 12 Fev 2018 22:24:00 348 0

Adlar insanın taleyinə necə təsir edir?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son 5 ildə Azərbaycanda 9 uşağa Bülbül, 10 uşağa Sürmə, 5 uşağa Göyərçin, 1 uşağa Kitabulla,1 uşağa Qələm, 2 uşağa Başxanım, 1 uşağa isə Çaydagül adı qoyulub. Hətta Xiyar, Namus, Məmiş, Gilas kimi adlarla siyahını uzatmaq olar. Son günlər isə, Arenda və Toybəy adları gündəmə gəlib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, "ASAN xidmət" mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - "Toybəy", "Arenda" adları ilə bağlı müraciətlər olub: "Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də "Əli" və "Yusif" adlarının "Ali" və "Usub" şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması "Əli" və "Yusif"dir. Bunu vətəndaşlarımız bilməlidir".

İlk baxışdan bizə gülməli gələn bu adlara bir uşaq ömrü boyu məhkum ola bilir. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Gülünc görünməyindən başqa, adların yarandığı hərflər ayrılıqda bir məna daşıyır. Hətta hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm var ki, huruf adlanır. Qədim Misirdən Roma imperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" deyəcək qədər qəti bir inanca sahibiydilər.

Bəs gənclərimiz bu barədə nə düşünür? Adlar insanın taleyinə necə təsir edir?

"Uşaq gələcəyin məktəblisi, tələbəsi, əsgəridir!"   Ramazan Seyidov, PR menecer: