Uşağa əti neçə aydan sonra vermək olar?


Digərləri 12 Fev 2018 22:10:00 358 0

Uşağa əti neçə aydan sonra vermək olar?

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.

Yeni qidanın verilməsinin bir neçə qaydası var:

- Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər.

- İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya "smes") əvvəl verilməlidir.