"ABŞ Rusiya ilə dialoqa açıqdı"


Dünya 12 Fev 2018 21:30:00 266 0

"ABŞ Rusiya ilə dialoqa açıqdı"

ABŞ Rusiya ilə dialoqa açıq olaraq qalır, Vaşinqton Moskva ilə daha konstruktiv əlaqə qurmaq arzusundadır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət departamentinin rəsmisi Ketlin Kavalek bildirib.

"Mən Moskvada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdüm, ikitərəfli münasibətləri müzakirə etdik, onların sabitləşdirilməsinin vacibliyini vurğuladıq. Münasibətlərimizdə yüksəlişlər də, enişlər də olub. Hazırda onlar aşağı səviyyədədir. Lakin ABŞ dialoqa açıq olmaqda davam edir", deyə K.Kavalek qeyd edib.