Azərbaycanlı aktrisadan inanılmaz ETİRAF: "Kişilər məni sevməyə başlayıb" FOTO


Kriminal 12 Fev 2018 21:03:00 364 0

Azərbaycanlı aktrisadan inanılmaz ETİRAF: "Kişilər məni sevməyə başlayıb"  FOTO

Əməkdar artist Kəmalə Müzəffərin Son.az-a müsahibəsi.

- Kəmalə xanım, teatr, kino yoxsa serial?

- Bir-birindən ayrılmaz övladlardır. Əgər sual olsaydı ki, birinci yerdə hansını görürsünüz? Bu zaman "teatr" cavabını verərdim.

- Bir tamaşaçı kimi öz oyununuzu necə qiymətləndirirsiniz?

- Özümdə çox səhvlər tuturam. Fikirləşirəm ki, mən hələ daha çox şeylər edə bilərəm. Hələ yarı yoldayam.

- Deməli, hələ istədiklərinizi tam etməmisiz.

- Xeyr, əlbəttə ki.

- "Ögey ana" serialından sonra sənət həyatınızda nə kimi dəyişikliklər oldu?

- Bu serialdan sonra tamaşaçıların fikri mənə qarşı tamamilə dəyişdi. Daha çox kişilər məni sevməyə başladılar. Bundan əvvəl çəkildiyim serialda kişilər məni bir o qədər də sevmirdilər. Çünki öz sözünü deyən bir xanımı oynayırdım. Amma hal-hazırda hər bir insanı bağışlayacaq qadın rolunu oynayıram.

- Bəs sizə hansı daha yaxındır?

- Təbii ki, hər biri. Aktrisanın içində minlərlə məni olmalıdır. Çox vaxt deyirik ki, filan aktrisa oynaya bilmədİ. Deməli, onun içində bu yoxdur.


Xəbərə aid fotolar