Rusiya aviaşirkətinin Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reysləri ləğv olundu


Digərləri 12 Fev 2018 20:41:22 259 0

Rusiya aviaşirkətinin Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reysləri ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb

Bakı. Maksim Tsurkov - Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb. Trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir. Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.