Bakıda uşaq arasında moda müsabiqəsi keçirilib (FOTO)


Digərləri 12 Fev 2018 20:25:00 284 0

Bakıda uşaq arasında moda müsabiqəsi keçirilib (FOTO)

Bakıda "Azərbaycanın milli naxış və ornamentləri" uşaq moda müsabiqəsi keçirilib.

Bakı. "Art Production" Bakı Pullman hotelində Azərbaycanın milli naxış və ornamentləri mövzusunda uşaq moda müsabiqəsini keçirib. Trend-in məlumatına görə, tədbirdə 5 – 15 yaş arası 30 model iştirak edib. İştirakçıların geyimləri 15 gənc modelyer tərəfindən hazırlanaraq tamaşaçılara və münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti Elza Seyidcahan, Vüqar Kamiloğlu, Vüqar Əbdülov, Ramina Abbasova, Roza Zərgərli, Ədalət Şükürov və Fəxriyyə Xələfovadan ibarət olub. Müsabiqənin qalibi olan 6 model münsiflər heyəti tərəfindən, 3 model isə tamaşaçıların səsi ilə təyin edilib. Münsiflər heyəti tərəfindən seçilən qaliblər: 1-ci yer qızlar arasında - Muradova Lalə, modelyeri Əliyeva Günel 2-ci yer qızlar arasında - Zaman Feyziran, modelyeri Cəfərova Samirə 3-cü yer - Həsənli Səminə, modelyeri Həsənzadə Xumar 1-ci yer oğlanlar arasında - Quliyev Amin, modelyeri Cəfərova Samirə