Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb - VİDEO


Dünya 12 Fev 2018 19:55:00 279 0

Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb - VİDEO

Ukrayna Dövlət Sərhəd Xidməti xəbəri təsdiqləyib

Ukrayna Dövlət Sərhəd Xidməti Mixeil Saakaşvilinin bundan öncə qaldığı ölkəyə - Polşaya göndərilməsi xəbərini təsdiqləyib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun başçısının müşaviri Oleq Slobodyan "Facebook" profilində yazıb.

***17:52

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə siyasətçinin silahdaşı, Ukrayna Ali Radasının üzvü Yuri Derevyanko bildirib.

Onun sözlərinə görə, M.Saakaşvilini "Suluquni" restoranında xüsusi təyinatlı dəstə saxlayıb.

Artıq M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.