2027-ci ilədək çay yarpağı yığımının 11 dəfə artırılması nəzərdə tutulur


Digərləri 12 Fev 2018 19:53:00 259 0

2027-ci ilədək çay yarpağı yığımının 11 dəfə artırılması nəzərdə tutulur

Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulur.

Bakı. 2027-ci ilədək Azərbaycanda yaşıl çay yarpağı yığımının 10,96 dəfə artırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulur. Dövlət Proqramında qeyd edilir ki, ölkədə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənib, həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsi təmin edilib: