Xalq artisti: "Sürünəsürünə, nəfəsim daraladarala..."


Kriminal 12 Fev 2018 19:47:00 334 0

Xalq artisti: "Sürünəsürünə, nəfəsim daraladarala..."

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Səidə Quliyevanın APA-ya müsahibəsi

- Səidə xanım, dediniz, radioda "Bulaq" verilişinin səsyazmasından gəlirsiniz. Vaxtilə populyar olan bu verilişə indi qulaq asanların sayı çoxdurmu, reaksiyalar olurmu?

- Artıq 15 ildir, "Bulaq" verişi ilə əməkdaşlıq edirəm. Məhluqə Sadıqova dünyasını dəyişəndən sonra çox böyük müsabiqə oldu. Təsəvvür edin, radio və televiziyanın diktorları da həmin müsabiqəyə qatılıbmış. Mənim də xəbərim yox. Elə oldu, məni də dəvət etdilər və İlham Əsgərovla bir yerdə mətn oxumağımız qəbul olundu. Bu veriliş mənim üçün çox doğmadır. İstərdim, məşqlərə, çəkilişlərə də eyni həvəslə gedim. Özü də reaksiyalar həddən artıq çoxdur. Xaricdən o qədər adamlar zəng edir ki... Kanadadan, Finlandiyadan, İsveçdən, İrandan azərbaycanlılar zəng edir, xoş sözlər deyirlər. Hətta İlham Əsgərovla bizə şeirlər də yazırdılar. İlhamdan sonra on gün verilişi ağlaya-ağlaya yazdım.