Binəli Yıldırım: ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir


Digərləri 12 Fev 2018 19:35:49 202 0

Binəli Yıldırım: ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir

ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir.

Bakı. ABŞ ağlını başına yığıb bir qərara gəlməlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada makedoniyalı həmkarı Zoran Zayevlə birgə mətbuat konfransında deyib. B.Yıldırım bildirib ki, Türkiyənin regionda həyata keçirdiyi hərbi əməliyyatların məqsədi sadəcə öz vətəndaşlarının deyil, bütün Avropa İttifaqının, Balkan ölkələrinin təhlükəsizliyini təmin etməkdir: "Əgər Türkiyə müvafiq addımlar atmasa, həm qaçqın böhranı, həm də terror dalğası Avropaya böyük ziyan vurar".