Regionlarda 15 yeni uşaq bağçası tikiləcək


Siyasət 12 Fev 2018 19:17:00 360 0

Regionlarda 15 yeni uşaq bağçası tikiləcək

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.

Sərəncamda qeyd edilir ki, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının (siyahı əlavə olunur) tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 (on doqquz milyon beş yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Son.az