Premyer Liqada oynamamış hücumçu İngiltərə futbolunun tarixinə düşüb


İdman 12 Fev 2018 18:36:00 302 0

Premyer Liqada oynamamış hücumçu İngiltərə futbolunun tarixinə düşüb

"Sheffield United"in hücumçusu Bili Şarp maraqlı nəticəyə imza atıb. Goal.az xəbər verir ki, 32 yaşlı forvard İngiltərədə 21-ci əsrdə 200 qol həddini keçən 3-cü futbolçu olub. O, Championship`in 31-ci turunda baş tutan "Sheffield United"  - "Leeds United" (2:1) qarşılaşmasında dubla imza atıb və 2001-ci ildən bəri vurduğu qolların sayını 200-ə çatdırıb. Şarp bu baxımdan Riki Lambert (219) və Ueyn Runidən (208) geri qalır. Maraqlıdır ki, Şarp bütün karyerasını aşağı dəstədə keçirib.