Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI


Siyasət 12 Fev 2018 18:14:20 443 0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əliyev Azad Hüseyn oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qarayev Natiq Sahib oğlu – polkovnik

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu – mayor

Ağayev Rahim Əlifağa oğlu – mayor

Cəfərov Elməddin Qulu oğlu – mayor.