“Azeri Business Award 2017" mükafatının təqdimetmə mərasimi keçirilib


İqtisadiyyat 12 Fev 2018 18:10:00 322 0

“Azeri Business Award 2017" mükafatının təqdimetmə mərasimi keçirilib

Mükafatın təqdimetmə mərasimindən əvvəl şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi-təqdimat keçirilib

“JW Marriott Absheron Baku” hotelində biznes sahəsində 2017-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Azeri Business Award 2017"-nin təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan mütəxəssisləri, xarici qonaqları və KİV nümayəndələrini bir araya gətirib.

Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verilməsi üzrə fərdi mükafatın qalibi Qətərin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yusuf Həsən əl-Saai olub. Qonaqlar arasında digər diplomatik simalar, o cümlədən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe, Yunanıstanın Azərbaycandakı səfiri Nikos Kanellos, Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand və başqaları da olub.

"Report" Agentliyinin informasiya dəstəyi ilə baş tutan “Azeri Business Award 2017” tədbirinin sponsoru qismində “Ambassadori Casino” (Gürcüstan Tbilisi) çıxış edib.

Mükafatın təqdimetmə mərasimindən əvvəl “JW Marriott Absheron Baku” hotelinin foyesində “Azeri Business Award” mükafatına laureat olan şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi-təqdimat keçirilib.

Onu da qeyd edək ki, tədbir çərçivəsində qadın geyim dizayneri Diana Ahadpourun moda nümayişi də təşkil edilib.

“Azeri Business Award 2017" mükafatının laureatları:

Qətərin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yusif bin Həsən əl-Sai - Ticari-iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə;

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti - Elektron xidmətlərinin genişləndirilməsi və inkişafında fəal iştirakına görə;

Gilan Holding - İlin holdinqi;

Diana Ahadpur - İlin geyim brendi;

HTech Invest - Azərbaycanda İT sənayenin inkişafındakı töhfəsinə görə;

Anar Əlizadə - İşgüzar nüfuz;

FAB Boya və Kimya Sənayesi - Tikinti materialları istehsalı bazarının lideri;

Interyer Servis - İlin şirkəti. Memarlıq və tikinti;

QAFQAZ Hotels & Resorts - İlin hotellər şəbəkəsi;

Nabucco A&C - Tam komplektləşdirilmiş polad binaların istehsalı, çatdırılması və quraşdırılması;

M Studio - Yüksək keyfiyyət standartları. İnteryer və dizayn;

Debet Uniform - Sahənin lideri. Fərdi mühafizə vasitələrinin, işçi və korporativ geyimlərin istehsalı və satışı;

GeoEngeneering - Geologiya və geofizika sahəsindəki yüksək nailiyyətlərə görə;

Oxçuoğlu İnşaat - Memarlıq və dizayn;

İydə - İlin ətriyyat brendi;

Kepro Esthetic Clinic - Estetik təbabətin inkişafındakı töhfəsinə görə;

Yağmur-2 - Avtomatik suvarma sahəsində mütərəqqi texnologiyaların tətbiqinə və səmərəli servis dəstəyinə görə;

A-Sera - İstixanaların qurulması və istixana avadanlıqlarının təchizatı sahəsinin lideri;

Hikmetoglu Transport - İlin şirkəti. Beynəlxalq yükdaşıma və logistika;

Şəbəkə Travel - Turizm sənayesinin inkişafındakı töhfəsinə görə;

BADAM Patisserie - Müştəri məmnunluğu;

KATV1 - İlin şirkəti. Kabel televiziyası;

Lusso Vita - İlin interyer salonu;

Excelsior Hotel & SPA Baku - İlin hotel və SPA kompleksi;

ARB TV - İlin televiziya yayım şirkəti;

Təsisçi və mükafat barədə:

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.

“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.

“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır, həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.