Ötən il “Azərsu”ya ən çox müraciət smart kartlarla bağlı olub (FOTO)


Digərləri 12 Fev 2018 18:05:44 281 0

Ötən il “Azərsu”ya ən çox müraciət smart kartlarla bağlı olub (FOTO)

“Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib.

Bakı. 2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib. “Azərsu”dan Trend-ə verilən məlumata görə, müraciətlərin 26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.