Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb


Digərləri 12 Fev 2018 18:06:00 204 0

Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb

Magistraturaya ərizə qəbulunun vaxtı 13 fevral saat 12:00-dək uzadılır

Bakı. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.