Avstriyada iki sərnişin qatarı toqquşub, ölən və yaralananlar var


Dünya 12 Fev 2018 17:45:30 274 0

Avstriyada iki sərnişin qatarı toqquşub, ölən və yaralananlar var

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə xidmətlərinin əməkdaşları gəlib

Avstriyanın cənub-şərqindəki Ştiriya federal torpağında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər ölüb, 20-dək adam yaralanıb.

"Report" "Kleine Zeitung" qəzetinə istinadən xəbər verir ki, hadisə Niklasdorf qatar stansiyasında baş verib.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə xidmətlərinin əməkdaşları gəlib.