Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə Türkiyəyə köçdü


Digərləri 12 Fev 2018 17:39:00 352 0

Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə Türkiyəyə köçdü

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyinə görə həbs həyatı yaşamış Lamiyə Quliyeva Türkiyəyə köçüb.

Son.az axar.az-a istinadən xəbər verir ki, həbsdə ana olması məhkəmə tərəfindən nəzərə alınaraq azadlığa buraxılmış L.Quliyeva Türkiyədə işləyir.

L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb.

Həbs müddəti 2013-cü ildə başa çatsa da, CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.