"Beylin transfer qiyməti Neymar kimi 222 milyon avrodur"


İdman 12 Fev 2018 17:34:00 324 0

"Beylin transfer qiyməti Neymar kimi 222 milyon avrodur"

"Real Madrid"in vinqeri Qaret Beylin yayda klubunu dəyişməsi istisna edilmir. Uelsli ulduzun agenti Conatan Barnett isə on transfer etmək istəyən klublara astronomik pullar hazırlamağı tövsiyə edib. Goal.az xəbər verir ki, Barnett "Tuttosport"a açıqlamasında bunları deyib:

"Beylin qiyməti minimum 222 milyon avrodur, Neymar kimi. Qaret "Real"da xoşbəxtdir, bu klubu çox sevir. Beyl Ronaldonun "Real"dan getməsini gözləmir. O, indi də klubun ulduzlarından biridir.

2013-cü ildə İtaliyanın bir klubu da Qareti transfer etmək istəyirdi. Amma "Tottenham" onların təklifini rədd etdi. Futbolda daimi olan heç nə yoxdur. Hazırda İtaliyada Beyli transfer etməyə qadir olan klub yoxdur".

Bu mövsüm 28 yaşlı futbolçu "Real"ın heyətində 12 oyuna çıxıb və 6 qol vurub.