Dövlət orqanlarındakı 33 vakant vəzifənin tutulması üçün müsahibələr davam edir


Sosial 12 Fev 2018 17:21:19 120 0

Dövlət orqanlarındakı 33 vakant vəzifənin tutulması üçün müsahibələr davam edir

əhsil və Səhiyyə Nazirliklərinə aid olan vəzifələr üzrə müsahibələr 13 fevralda keçiriləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə üzrə qeydə aldığı namizədlərlə müsahibələri davam edir.

DİM-dən "Report"a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.

Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumata buradan baxa bilərsiniz.

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində olan vəzifələr üzrə ümumi müsahibələr fevralın 1-dən 5-dək olan müddətdə keçirilib. Ümumi müsahibədə iştirak edən 21 namizəddən 15 nəfəri iddia etdiyi vəzifəyə uyğun hesab olunub, 1 nəfər isə müsahibəyə gəlməyib.

Fevralın 6 və 7-də isə Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Statistika Komitəsində olan vəzifələr üzrə ümumi müsahibələr keçirilib. Mədəniyyət və Turizm Nazirliyi üzrə müsahibələrdə iştirak üçün qeydiyyatdan keçən 11 nəfərdən 5 nəfəri uğur əldə edib. 2 namizəd müsahibədə iştirak etməyib, digərləri isə iddia etdikləri vəzifələrə uyğun hesab olunmayıb. Gənclər və İdman Nazirliyi, Ağcabədi rayon Gənclər və İdman İdarəsində, aparıcı məsləhətçi vəzifəsinə bir nəfər iddia edib və vəzifəyə uyğun hesab edilməyib. Dövlət Statistika Komitəsi, Siyəzən Rayon Statistika İdarəsində, rəis müavini vəzifəsinə isə iddia edən hər 2 namizəd vəzifələrə uyğun hesab edilib.

İqtisadiyyat Nazirliyində olan vəzifələr üzrə müsahibələr fevralın 8-dən başlayıb və 13-dək davam edəcəkdir. Müxtəlif vəzifələr üzrə iddiaçı olan 22 namizəddən hələlik 13 nəfərlə müsahibələr keçirilib və uğur qazananların sayı 2 nəfərdir.

Təhsil və Səhiyyə Nazirliklərinə aid olan vəzifələr üzrə müsahibələr 13 fevralda keçiriləcək.

Qeyd edək ki, müsahibənin nəticələri elan olunduqdan sonra 5 iş günü müddətində müvəffəqiyyət əldə edən namizədlərin sənədləri vakant dövlət qulluğu vəzifəsinə təyinat üçün müvafiq dövlət orqanına təqdim olunur.

Xatırladaq ki, “Dövlət qulluğu haqqında” qanunun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

XVI turun oyun cədvəli müəyyənləşdi like
  • 12 Fev 17:18  
İdman XVI turun oyun cədvəli müəyyənləşdi

Premyer Liqasında XVI turun oyun cədvəli məlum olub.

arrow Ətraflı
"1918ci ilə qədər Qafqazda heç zaman erməni dövləti olmayıb" like
  • 12 Fev 17:17  
Digərləri "1918ci ilə qədər Qafqazda heç zaman erməni dövləti olmayıb"

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda apar

arrow Ətraflı
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib like
  • 12 Fev 17:15  
Digərləri BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ

arrow Ətraflı
Fərhad Abdullayev: "2017-ci ildə Konstitusiya Məhkəməsinə 2271 şikayət daxil olub" like
  • 12 Fev 17:14  
Sosial Fərhad Abdullayev: "2017-ci ildə Konstitusiya Məhkəməsinə 2271 şikayət daxil olub"

Konstitusiya Məhkəməsi Aparatının 2017-ci ildəki fəaliyyətinin yekunlar

arrow Ətraflı
Əhalinin əmanətləri 7,5 milyard manatı ötüb like
  • 12 Fev 17:13  
Digərləri Əhalinin əmanətləri 7,5 milyard manatı ötüb

2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. ma

arrow Ətraflı
Ombudsman Xocalı soyqırımı ilə əlaqədar bəyanat verdi like
  • 12 Fev 17:13  
Digərləri Ombudsman Xocalı soyqırımı ilə əlaqədar bəyanat verdi

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleyma

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 12 Fev 17:12  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Azərbaycan Respublikası Mərkəzi Bankından Son.az-a verilən məlumata gör

arrow Ətraflı
Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var like
  • 12 Fev 17:09  
Digərləri Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub

arrow Ətraflı
Azərbaycanda 5 şirkət İPO-ya hazırlaşır like
  • 12 Fev 17:09  
İqtisadiyyat Azərbaycanda 5 şirkət İPO-ya hazırlaşır

​Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilə yekun vurub

arrow Ətraflı
34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı  VİDEO  FOTO like
  • 12 Fev 17:09  
Digərləri 34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı VİDEO FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sa

arrow Ətraflı
Fevralın 13-nə manatın məzənnəsi like
  • 12 Fev 17:09  
Digərləri Fevralın 13-nə manatın məzənnəsi

Fevralın 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi like
  • 12 Fev 17:05  
Digərləri Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Pre

arrow Ətraflı
Damla atasıyla belə vidalaşdı  VİDEO like
  • 12 Fev 17:04  
Şou-biznes Damla atasıyla belə vidalaşdı VİDEO

Müğənni Damlanın atası Qərib Məmmədovun yas mərasimindən görüntülə

arrow Ətraflı