Bakıda sərxoş gənc asma körpüyə çıxaraq intihara cəhd edib


Sosial 12 Fev 2018 17:25:00 349 0

Bakıda sərxoş gənc asma körpüyə çıxaraq intihara cəhd edib

Polis əməkdaşları intiharın qarşısını alıb

Bakıda, aeroport şossesində bir nəfər asma körpüyə çıxaraq intihara cəhd edib.

“Report”un məlumatına görə, ərazidə olan polisin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısını ala bilib.

O, saxlanılaraq polis idarəsinə aparılıb. Araşdırma zamanı intihar etmək istəyən şəxsin 1989-cu il təvəllüdlü Hafiz Salmanov olduğu müəyyən edilib.

H.Salmanovun intihar etmək istəyən zaman sərxoş vəziyyətdə olduğu məlium olub.