Avstriyada qatarlar toqquşdu


Dünya 12 Fev 2018 17:27:00 277 0

Avstriyada qatarlar toqquşdu

Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.

Qeyd olunur ki, qəza Niklasdorf yarmarka şəhərciyinin vağzalında qeydə alınıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.