Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir


Siyasət 12 Fev 2018 17:10:49 325 0

Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir

Kurs fevralın 16-dək davam edəcək

 Azərbaycan ordusunun nümayəndələri Türkiyədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Ankarada keçirilən terrorizmlə mübarizə üzrə ardıcıl tərcümə metodologiyası kurslarında iştirak etməkdir.  

Kurs fevralın 16-dək davam edəcək. 

Bundan başqa Almaniyanın Qarmiş-Partenkirxen şəhərində terrorizmlə mübarizə sahəsində ardıcıl tərcümə metodologiyası kursları keçirilir. 

Fevralın 23-dək davam edəcək tədbirdə Azərbaycan nrdusunun nümayəndələri də iştirak edirlər.