34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı VİDEO FOTO


Digərləri 12 Fev 2018 17:09:00 349 0

34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı  VİDEO  FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini Gülnar Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.

Nəticədə həmin şəxs dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Onun 2017-ci il ərzində 34 Şəki rayon sakinini aldadaraq dələduzluq yolu ilə müəyyən məbləğdə pul alması müəyyən edilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.


Xəbərə aid fotolar