"Münasib müştəri axtarırdım" Silah satmaq istəyən şəxs VİDEO FOTO


Digərləri 12 Fev 2018 16:49:00 338 0

"Münasib müştəri axtarırdım"  Silah satmaq istəyən şəxs  VİDEO  FOTO

Bakının Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan "Naqan" markalı tapança aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində odlu silahı yaşadığı Oğuz rayonunda tapdığını və 500 manata satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib:

Ceyhun Kuhi - Saxlanılan şəxs: "Deyirdilər Keşlə bazarı tərəfdə adam çox olur. Yaxınlaşdım ora ki, görüm münasib adam tapa bilirəmmi?! Polis əməkdaşları mənə şübhəli şəxs kimi yaxınlaşdı. Gətirdilər məni Nərmanov Rayon 17-ci polis bölməsinə. Üstümə baxış keçirildi. Tapançanı arxa nahiyədə, kurtkamın altında saxlamışdım. Güllələri də üstündə idi. Baxdılar üstümdən götürdülər. 400- 500 manata münasib müştəri olsaydı, satmaq fikrim var idi".


Xəbərə aid fotolar