TRT-də Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq


Digərləri 12 Fev 2018 16:43:00 298 0

TRT-də Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq

Türkiyənin "TRT Belgesel" kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.

Bakı. Türkiyənin "TRT Belgesel" kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq. Trend-in məlumatına görə, TRT Belgesel, ötən il “Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” adlı sənədli film çəkilişlərinə Bakı, Nargin Adası və Gəncədə start verib. Sənədli film, Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.