Quba məzarlığında rəmzi abidə ucaldılacaq


Digərləri 12 Fev 2018 16:34:00 312 0

Quba məzarlığında rəmzi abidə ucaldılacaq

Quba Soyqırımı Memorial Kompleksində 1918-ci ilin qanlı hadisələrini əks etdirən memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparır. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır.