"Milan" və Puma arasında əməkdaşlıq müqaviləsi imzalanıb


İdman 12 Fev 2018 16:32:00 353 0

"Milan" və Puma arasında əməkdaşlıq müqaviləsi imzalanıb

"Milan" və Puma şirkətləri arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb. Goal.az xəbər verir ki, müqavilə 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək. Həmin tarixdən firma rəsmən "rossoneri"nin texniki sponsoru olacaq. Puma-nın hazırladığı formalardan artıq "Arsenal" və "Borussia Dortmund" klubları istifadə edir. İtaliya, Avstriya, Kamerun, Fildişi Sahili, Qana və Çexiya millisi də sözügedən şirkətlə əməkdaşlqı edir. "Puma" Antuan Qrizmann, Olivye Jiru, Serxio Aquero, Sesk Fabreqas, Mario Balotelli, Ektor Belyerinlə şəxsi müqavilə imzalayıb.