"Bulaq"da atışmada təqsirləndirilən dəstə bəraət istədi


Digərləri 12 Fev 2018 15:50:00 257 0

"Bulaq"da atışmada təqsirləndirilən dəstə bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən 8-i son söz deyib. Onlar məhkəmədən bəraət istəyib. Təqsirləndirilən şəxs Fuad Əsgətov isə növbəti prosesdə son söz deyəcək.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 19-na təyin olunub.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.