Azərbaycanda 4 günün gəlini öldü


Digərləri 12 Fev 2018 15:40:00 262 0

Azərbaycanda 4 günün gəlini öldü

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Suvagil kəndində qeydə alınıb.

Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.