Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (FOTO)


Digərləri 12 Fev 2018 15:46:00 292 0

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (FOTO)

Lənkəranın Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.

Bakı. Lənkəranın Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, körpü Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir. Uzunluğu 42 metr, eni 4.5 metr və 3 aşırımlı olan dəmir-beton konstruksiyalı körpü 2 ay inşa edilib. Avtomobil körpüsü A-8, NQ-60 hesabi yükünə hesablanıb.