Moskvada “Kosmos” mehmanxanasında yanğın olub


Dünya 12 Fev 2018 15:32:44 238 0

Moskvada “Kosmos” mehmanxanasında yanğın olub

Binanın içini bürüyən qatı tüstü hələ də çəkilməyib

Rusiya paytaxtı Moskvanın şimal-şərqində yerləşən “Kosmos” mehmanxanasında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yanğın binanın 15-ci mərtəbəsində baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə qrupu cəlb edilib.

Mehmanxanada olan 230 nəfər təxliyə olunub.

Məlumata görə, yanğının qarşısı alınıb. Amma binanın içini bürüyən qatı tüstü hələ də çəkilməyib.