Moskvada mehmanxana yanır


Dünya 12 Fev 2018 15:20:00 294 0

Moskvada mehmanxana yanır

Moskvanın şimal-şərqində "Kosmos" mehmanxanasında baş vermiş yanğın lokallaşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə paytaxt Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Son məlumata görə, yanğın 20 kvadrat metr ərazini əhatə edib. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsi istiqamətində işi davam etdirirlər.

Yanğından dərhal sonra obyektdən 200-dən çox adam təxliyə edilib, xəsarət alanlar barədə məlumat verilməyib.