"Abdullah Öcalanın ağzına bomba atdıq" VİDEO


Dünya 12 Fev 2018 15:15:00 274 0

"Abdullah Öcalanın ağzına bomba atdıq"  VİDEO

"Zeytun budağı" əməliyyatı 24 gündür davam edir.

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 24 gündür davam edir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə bu gün YPG üzvlərinin "keçilməz" adlandırdığı Bülbül qəsəbəsini terrorçulardan azad edib.

Qəsəbəni terrorçulardan azad edən "mehmetcik"ler sosial şəbəkədə video yayıblar. Onlar ötən həftə yırtılmış Abdullah Öcalan plakatını göstərib, "Abdullah Öcalanın ağzına bomba atdıq" deyiblər. Video sosial şəbəkədə maraq doğurub.

Qeyd edək ki, ordu qərargahından verilən məlumata görə, 24 gün ərzində 1369 terrorçu zərərsizləşdirilib.