DİM: Vakant yer olan dövlət orqanlarının 31-də işləmək üçün heç bir namizəd qeydiyyatdan keçməyib


Digərləri 12 Fev 2018 14:53:00 197 0

DİM: Vakant yer olan dövlət orqanlarının 31-də işləmək üçün heç bir namizəd qeydiyyatdan keçməyib

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb. Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.