"An-148" təyyarəsində ölənlərin qohumlarından DNT nümunələri götürüləcək


Dünya 12 Fev 2018 14:40:33 309 0

"An-148" təyyarəsində ölənlərin qohumlarından DNT nümunələri götürüləcək

Sərnişinlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov olub

"An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin qohumlarından genetik ekspertiza keçirmək məqsədi ilə DNT nümunələri götürüləcək. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məqsəqlə artıq Orska Moskvadan həkimlər gəliblər.

"Bu gün Moskvadan qəzada ölənlərin qohumlarından DNT nümunələri götürülməsində yerli həmkarlarına yardlm edəcək həkimlər gəliblər. Onlarla bərabər, yaxınlarını itirənlərlə işləmək təcrübəsi olan yüksək ixtisaslı psixoloqlardan ibarət komanda da gəlib", - Orenburq vilayətinin Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.