"Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq"


Dünya 12 Fev 2018 13:33:01 295 0

"Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq"

Amerika ilə əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konfrans zamanı çıxışında deyib.

"Amerikadan gözləntilərimiz açıq və dəqiqdir. Müəyyən məsələləri müzakirə etmək üçün itirilən güvənin yenidən qazanılması gərəklidir. Türkiyə dostlarına qarşı səhv etməz. Amma Amerika Türkiyəyə qarşı səhv edib. Amerika bizə verdiyi sözlərin üstündə durmur. Xalqımızın da, idarəçilərin də inamının itməsi normaldır. Biz artıq vədlər yox, konret addımlar istəyirik. Tillersondan da bunu istəyəcəyik. Münasibətlərimiz kritik vəziyyətdədir. 

İraqla sərhəd ərazilərdə İŞİD üzvləri var. Amerika YPG ilə əlaqə yaratmaq üçün bu terrorçulara toxunmur. Afrindəki YPG terrorçuları tutduqları İŞİD üzvlərini də buraxıblar. Onlar Afrində Türkiyə və Azad Suriya Ordusuna qarşı vuruşurlar.