Türkiyənin axtarışa verdiyi şəxs Bakı hava limanında tutuldu


Kriminal 12 Fev 2018 13:35:00 243 0

Türkiyənin axtarışa verdiyi şəxs Bakı hava limanında tutuldu

Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

Saxlanılan şəxsin Türkiyəyə ekstardisiya ediləcəyi gözlənilir.