ASEP şirkəti ABL Cup 2017/18 turnirinin Yaz kuboku üçün korporativ komandaların qeydiyyatına başlayıb (FOTO/VİDEO)


Digərləri 12 Fev 2018 13:30:00 314 0

ASEP şirkəti ABL Cup 2017/18 turnirinin Yaz kuboku üçün korporativ komandaların qeydiyyatına başlayıb (FOTO/VİDEO)

ASEP (Azfar Sport Events & Promotion) şirkəti təşkilatçısı olduğu ABL Cup 2018 turnirinin yaz kuboku üçün qeydiyyatına start verib.

Bakı. ASEP (Azfar Sport Events & Promotion) şirkəti təşkilatçısı olduğu ABL Cup 2018 turnirinin yaz kuboku üçün qeydiyyatına start verib. Mini-futbol üzrə “Аzfar Business League” (ABL) çempionatı mini-futbolun gələcəkdə populyarlaşdırılması və inkişaf etdirilməsi, geniş əhali kütlələrinin bədən tərbiyəsi və idmanla sistematik qaydada məşğul olmağa cəlb edilməsi məqsədilə korporativ komandalar arasında keçirilir. Yarışların təşkil olunmasına və keçirilməsinə ümumi rəhbərlik Azfar Sport Events and Promotion (ASEP) şirkəti tərəfindən Azfargroup-un dəstəyi ilə həyata keçirilir. Turnirin bütün mərhələləri mətbuatda, internet səhifələrində, radio və televiziyada və turnirin rəsmi səhifəsində (www.abl.az) geniş işıqlandırılacaqdır. Turnirin rəsmi səhifəsində həmçinin əsasnamə, komandaların qeydiyyatı qaydaları, turnirin təqdimatı, foto və video qalereya, turnirin tur üzrə icmallarını və rəsmi tədbirləri barədə tam məlumatlar yerləşdirilmişdir. Hal-hazırda Biznes Liqanın yaz kubokunda iştirak etmək istəyən korporativ komandaların qeydiyyatı davam edir. Turnirdə iştirak üçün yerlərin sayı məhduddur. Qeydiyyatdan turnirin (www.abl.az) və təşkilatçının (www.asep.az) rəsmi internet səhifələrindən keçmək mümkündür. Turnirlə bağlı ətraflı məlumat üçün +99412 4047339, +99450 2952129 nömrələrinə müraciyət etmək olar. Qeyd etmək istərdik ki, təşkilatçı ASEP şirkəti yeni yaradılmış Azərbaycan Mini-Futbol Assosiasiyası (AMFA) ilə saziş imzalayıb. Bu əməkdaşlıq təkcə turnirin statusunu deyil, eyni zamanda, komandalar üçün böyük perspektivlərə yol açır. Turnirin qalibləri müxtəlif ölkələrin korporativ komandaları arasında beynəlxalq mini-futbol turnirlərinə vəsiqə qazanacaqlar. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az