“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 12 Fev 2018 12:42:46 214 0

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Dünya valyuta birjalarında avronun qiyməti 1.22$-a kimi ucuzlaşdıqdan sonra 1.23$-a kimi bahalaşıb və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya səviyyəsinin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir. GBP Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, funt sterlinqin də bahalaşmasına səbəb olub. 1.38$-ın üzərində dalğalanan GBP/USD məzənnəsi 1.3900$-a kimi bahalaşaraq, üzərində qalarsa, 1.4121$-a kimi də bahalaşa bilər. İngiltərənin inflyasiyası ilə bağlı yayımlanacaq statistik göstəricilər də investorların diqqət mərkəzindədir. Göstəricilər çərşənbə axşamı saat 13:30-da dərc ediləcək.