Əfv Komissiyasının növbəti iclası bu həftə keçiriləcək


Siyasət 12 Fev 2018 12:36:07 229 0

Əfv Komissiyasının növbəti iclası bu həftə keçiriləcək

İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək.

“Report”un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Xatırladaq ki, bu il Əfv Məsələləri Komissiyasının 3 iclası keçirilib, daxil olan 1000-dək müraciətdən 300-nə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.