Azər Axşam xaricdə yaşayan oğlundan danışdı: “Deyirəm, "müsəlman qızı ilə evlən"”


Şou-biznes 12 Fev 2018 12:27:00 360 0

Azər Axşam xaricdə yaşayan oğlundan danışdı: “Deyirəm, "müsəlman qızı ilə evlən"”

Tanınan teleaparıcı Azər Axşam tədbirlərin birində xaricdə yaşayan oğlu Cavidandan danışıb.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı oğlunu evləndirərkən seçiminə müdaxilə etməyəcəyini bildirib:

"Oğlum xaricdə yaşayır. Artıq 21 yaşı var, bu gün-sabah evlənib, ailə-uşaq sahibi olacaq. Onun ya əcnəbi, ya da azərbaycanlı qızla evlənməsinin mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçsin və ürəyi istəyən qızla evlənsin. Sadəcə olaraq, həmişə deyirəm ki, "çalış, evlənəcəyin qız müsəlman olsun"".

Aparıcı oğlu ilə oxşar cəhətlərindən də danışıb: