İcra Hakimiyyəti: Bayıl yamacındakı tikililərin əksəriyyəti qeyri-qanuni olaraq bir gecəyə inşa olunub


Digərləri 12 Fev 2018 12:27:00 214 0

İcra Hakimiyyəti: Bayıl yamacındakı tikililərin əksəriyyəti qeyri-qanuni olaraq bir gecəyə inşa olunub

Bayıl yamacındakı tikililərin əksəriyyəti qeyri-qanuni olaraq bir gecəyə inşa olunub.

Bakı. Son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki "Cənub Dərə" adlanan ərazidə yağan intensiv yağıntılar buradakı vəziyyətə də təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb. Bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib. O əlavə edib ki, əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb. İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb: