Nazirlik xəbərdarlıq etdi: Bayıla daxil olmaq çox qorxuludur...


Digərləri 12 Fev 2018 12:15:00 208 0

Nazirlik xəbərdarlıq etdi: Bayıla daxil olmaq çox qorxuludur...

Nazirlik: Bayılda 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb Bayıl yamacında- Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib.

Bakı. İlhamə İsabalayeva – Bayıl yamacında - Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, əvvəl ərazidə eni 1 metr, 1 metr 40 sm, dərinliyi 6-7 metrə çatan çatlar var idi. Amma artıq ərazidə 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb. Çatların görünən dərinliyi 10-12 metrə çatıb: “Çatlar müəyyən müstəvi boyunca irəliləyiblər. Artıq çatlar elə ölçüdədirlər ki, onun enini ölçmək çox çətin olub. Bu əraziyə hazırda daxil olmaq da çox qorxuludur”.