Azərbaycan Mərkəzi Bankı pul siyasətini yumşaltmağa başlayır


İqtisadiyyat 12 Fev 2018 12:04:08 271 0

Azərbaycan Mərkəzi Bankı pul siyasətini yumşaltmağa başlayır

Elman Rüstəmov: "Banklarda kifayət qədər vəsait var, lakin kreditləşmə ilə bağlı problem mövcuddur"

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin yumşaldılması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq, dövriyyədə olan pul kütləsinin artırılması nəzərdə tutulub.

“Bundan sonra, not hərraclarında daha təmkinli olmağa çalışacağıq. Hərraclar vasitəsilə cəlb etdiyimiz vəsaitlərin bir hissəsini iqtisadiyyata qaytaracağıq və bu yolla iqtisadi aktivliyə kömək edəcəyik. Hazırda banklarda da kifayət qədər vəsait var, lakin kreditləşmə ilə bağlı problem mövcuddur”, - deyə AMB sədri vurğulayıb.