"Manchester United" simulyasiyaya görə ən çox cəza alan komandadır


İdman 12 Fev 2018 12:09:00 285 0

"Manchester United" simulyasiyaya görə ən çox cəza alan komandadır

İngiltərə Premyer Liqasının 27-ci turunda keçirilən "Newcastle United" - "Manchester United" (0:1) qarşılaşmasında qonaqların müdafiəçisi Kris Smollinq simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırılıb. Goal.az xəbər verir ki, "qırmız şeytanlar" cari mövsümdə 3 dəfə bu səbəbdən sarı vərəqə alıb. Daha öncə Valensiya və Errera da oxşar vəziyyətlə üzləşmişdi. "United" simulyasiya səbəbindən verilən vərəqələrin sayına görə "Bournemouth"la "birinci yeri" bölüşür.