Məşhur teleaparıcı oğurlanmış modelə vurulub FOTO


Digərləri 12 Fev 2018 11:51:00 279 0

Məşhur teleaparıcı oğurlanmış modelə vurulub  FOTO

Məşhur britaniyalı komik, aktyor, yazıçı, teleaparıcı Devid Uollyams 20 yaşlı model Xloya Aylinlə görüşür.

Son.az The Sun-a istinadən bildirir ki, 46 yaşlı D.Uollyamsla model X.Aylin münasibətlərini gizlətməyə çalışırlar.

Komik modelin fotolarını İnstagram-da görəndən sonra ona vurulub.

X.Aylini İtaliyada qanqsterlər oğurlamış və girov saxlamışdılar. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində model azad olunmuşdu.

Modeli Milan şəhərində iki polyak qardaşlar - 36 yaşlı Mixal və 30 yaşlı Lukaş Qerbalar oğurlamışdılar.


Xəbərə aid fotolar