Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib (FOTO)


Digərləri 12 Fev 2018 11:56:00 256 0

Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim keçirilib (FOTO)

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib.

Bakı. Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib. Teatrdan Trend-ə verilən məlumata görə, mərasimdə Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib. Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov aktrisanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Teatr rəhbəri qeyd edib ki, Z.Ağakişiyeva uzun illər Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: